İrəvanda şübhəli məhkəmə binasından qaçdı

 İrəvanda şübhəli məhkəmə binasından qaçdı

Ermənistanda təqsirləndirilən şəxs İrəvanın Nor Nork inzibati rayonunun məhkəmə binasından qaçıb.

Asayis.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Hadisə avqustun 3-də baş verib. Təqsirləndirilən şəxs iclasda iştirak etmək üçün məhkəməyə gətirilsə də, qaçmağı bacarıb. Qaçışın detalları hələlik açıqlanmayıb. Hazırda polis əməkdaşları şəxsin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirirlər”, - məlumatda deyilib.

12:08 - 4 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin