Dənizdə batan gənc tələbə imiş - Foto

 Dənizdə batan gənc tələbə imiş - Foto

Bakı Mühəndislik Universitetinin tələbəsi dünyasını dəyişib.

Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, Niyaz Pirməmmədov universitetin Mühəndislik fakültəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasının II kurs tələbəsi idi.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü N.Pirməmmədov Bilgəh qəsəbəsində dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

12:46 - 4 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin