Avqustun 15-dən "Bakı Metropliteni" QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək.
Asayis.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Məlumata əsasən, xətlərin ayrılması layihəsi Bakı metrosunun gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir. Tikinti işlərinin 10-11 ay davam edəcəyi bildirilib.
