Ermənistanda təqsirləndirilən şəxs İrəvanın Nor Nork inzibati rayonunun məhkəmə binasından qaçıb.
Asayis.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Hadisə avqustun 3-də baş verib. Təqsirləndirilən şəxs iclasda iştirak etmək üçün məhkəməyə gətirilsə də, qaçmağı bacarıb. Qaçışın detalları hələlik açıqlanmayıb. Hazırda polis əməkdaşları şəxsin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirirlər”, - məlumatda deyilib.
