Qəzada ölən xanımın qızı 3 il əvəl qazdan boğulubmuş - Foto

 Qəzada ölən xanımın qızı 3 il əvəl qazdan boğulubmuş - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Hacıqabulda yol qəzasında sürücü Namiq Əmirxanovun həyat yoldaşı 47 yaşlı Svetlana İbadova həyatını itirib.

Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, 3 il əvvəl onların övladı, Bakı Musiqi Akademiyasının tələbəsi Aynur Əmirxanova dəm qazından boğularaq ölüb.

Qeyd edək ki, Namiq Əmirxanov Birinci Qarabağ müharibəsinin qazisidir.

10:42 - 3 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin