Xəbər verdiyimiz kimi, ötən gün Hacıqabulda yol qəzasında sürücü Namiq Əmirxanovun həyat yoldaşı 47 yaşlı Svetlana İbadova həyatını itirib.
Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, 3 il əvvəl onların övladı, Bakı Musiqi Akademiyasının tələbəsi Aynur Əmirxanova dəm qazından boğularaq ölüb.
Qeyd edək ki, Namiq Əmirxanov Birinci Qarabağ müharibəsinin qazisidir.
