Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı

 Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.

Asayis.az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov İnstaqram hesabında paylaşım edib.

O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib:

"Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəliblərmiş".

09:52 - 3 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin