Kanala yıxılaraq köməksiz qalan şəxs belə xilas edildi – Video

 Kanala yıxılaraq köməksiz qalan şəxs belə xilas edildi – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində vətəndaşın kanala yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

21:22 - 31 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin