Siyəzəndə avtoxuliqanlıq edən sürücülər saxlanıldı - Video

 Siyəzəndə avtoxuliqanlıq edən sürücülər saxlanıldı - Video

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən şəxslərə qarşı profilaktik tədbir keçirilib.

Asayis.az xəbər verir ki, tədbirlərlə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edən C.Ağayev və C. Rəşidov saxlanılıblar.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barələrində müvafiq olaraq inzibati qaydada həbs, eləcə də məsuliyyət tədbirləri görülüb.

10:34 - 3 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin