Elza Seyidcahanın maşınını cərimə meydançasına apardılar - 5000 manat CƏRİMƏSİ VAR

 Elza Seyidcahanın maşınını cərimə meydançasına apardılar - 5000 manat CƏRİMƏSİ VAR

Dövlət yol polisi əməkdar artist Elza Seyidcahanın avtomobilini cərimə meydançasına aparıb. Asayis.Az xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə maşın "Port Baku"nun yaxnlığında saxlanılıb. Məlum olub ki, Elza Seyidcahanının 5000 manatdan çox ödənməmiş cəriməsi var. Əməkdar artist cərimələrdən xəbərdar olduğunu, amma ödəməyə imkanı olmadığını bildirib. 

Qeyd edək ki, televiziyaların birinə verlişə gedən Elza Seyidcahan avtomobili cərimə meydançasına aparıldığı üçün verlişə qatıla bilməyib. 

18:41 - 30 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin