Tovuz rayonunda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində azyaşlı ağır xəsarət alıb.
Asayis.az xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.
Məlumata görə, VAZ-2107 markalı minik avtomobili ZİL markalı yük maşını ilə toqquşub.
Qəza zamanı minik avtomobilində olan 8 yaşlı Nicat Orucov ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
