Prezident bu quruma 17 milyon manat ayırdı - Sərəncam

 Prezident bu quruma 17 milyon manat ayırdı - Sərəncam

Prezident Cəlilabadda yol tikintisi üçün pul ayırdı – Sərəncam

30 noyabr, Fineko/abc.az. 

Prezident İlham Əliyev “Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Asayis.Az xəbər verir ki, Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğdən 7 milyon manat və 1.26.23-cü yarımbəndində göstərilmiş 10,2 milyon manat olmaqla, ümumilikdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17,2 milyon manat ayrılıb.

 

16:52 - 30 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin