Dövlət Reklam Agentliyinin "İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) İcraçı direktoru Namik Xıdırovun xanım müşaviri işdən ayrılıb.
Asayis.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə "İNNOVA”nın İcraçı direktorunun müşaviri İnna Saleh qızı Abbasova vəzifəsindən azad edilib.
Agentliyin mətbuat xidmətindən bildirilib ki, bir müddət əvvəl "İNNOVA”da müşavir ştatı ləğv edildiyi üçün İnna Abbasova işdən azad olunub.
