Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı

 Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb.

Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Talama cinayəti paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, zərərçəkən idarə etdiyi KİA markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək pul vəsaitini ələ keçirdiyi barədə polisə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

14:20 - 1 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin