Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var

 Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var

Xankəndi–Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, qəza ötən gecə qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan Bayram Verdiyev hadisə yerində ölüb. Digər sərnişin Orxan Şirinov xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

11:58 - 31 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin