135 nömrəli marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...

 135 nömrəli marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir.

Asayis.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, avqustun 1-dən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu "İveco" markalı avtobuslarla əvəz ediləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0,60 manat müəyyən edilib.

12:26 - 31 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin