Qobu-Lökbatan yolunda ağır qəza: iki futbolçu öldü

 Qobu-Lökbatan yolunda ağır qəza: iki futbolçu öldü

Ötən gün Qobu-Lökbatan yolunda ağır yol qəzası baş verib.

Asayis.az Unikal-a istinadla xəbər verir ki, minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan Bəhruz Sultanov və Rauf Hüseynov həyatlarını itiriblər, "Ford"un sürücüsü isə yaralanıb.

Qəzada ölən B.Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olublar.

09:36 - 30 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin