4 gün idi itkin düşmüşdü, meyiti kanalda tapıldı

 4 gün idi itkin düşmüşdü, meyiti kanalda tapıldı

Lənkəranda kanalda meyit tapılıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə iyulun 30-da qeydə alınıb.

Yuxarı Nüvədi kənd sakini 1978-ci il təvəllüdlü Mais Abdullayevin meyiti Bəllərbur kəndinin ərazisində kanalda tapılıb.

Onun iyulun 26-dan itkin kimi axtarıldığı bildirilir.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

11:02 - 31 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin