Astaranın dağ kəndləri qazlaşdırılır - Video

 Astaranın dağ kəndləri qazlaşdırılır - Video

Astarada dağlar qoynunda yerləşən Burzubənd kəndinin adının etimoloji mənası da elə “hündür dağ” anlamına gəlir. Lakin çətin relyefə malik olmasına baxmayaraq “Azəriqaz” İB tərəfindən kəndin qazlaşdırılması işləri davam etdirilir. Burzubəndin qazlaşdırılması başa çatdıqdan sonra burada 180 abonentin fasiləsiz və keyfiyyətli mavi yanacaqla təminatı mümkün olacaq.

Asayis.az xəbər verir ki, ümumilikdə Astara rayonunun Burzubənd və Vənəşikəş kəndlərinin qazlaşdırılması istiqamətində həyata keçirilən layihə üzrə 44 min poqonmetrə yaxın müxtəlif diametrli daşıyıcı qaz xətlərinin çəkilişi nəzərdə tutulub ki, bunun da artıq 25-26%-i icra edilib.

Lənkəran Regional Qaz İstismarı İdarəsinin şöbə rəisi Vəfadar Ağayevin verdiyi məlumata görə, kəndin qazlaşdırılması üçün 43 845 poqonmetr müxtəlif diametrli boruların çəkilməsi layihələndirilib. Hazırda işlərin 25-26%-i görülüb. Bütün sahələr üzrə işlər davam edir, qaynaq, dayaqların betonlanması və boyaq işləri görülür.

Qeyd edək ki, işlərin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

18:32 - 31 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin