Zülfüqar-2026 birgə taktiki təlimi başa çatdı

 Zülfüqar-2026 birgə taktiki təlimi başa çatdı

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən Zülfüqar-2026 birgə taktiki təlimi başa çatıb.

Asayis.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb.

Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

16:40 - 31 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin