Xəzərin İrandan keçən hissəsində 5 nəfər boğulub öldü

 Xəzərin İrandan keçən hissəsində 5 nəfər boğulub öldü

İranın Mazandaran vilayətinin Ramsər şəhərində Xəzər dənizində 5 nəfər boğularaq ölüb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, Ramsər rayon icra hakimiyyəti bildirib ki, ötən gün üzgüçülüyün qadağan olunması ilə bağlı xəbərdarlığa baxmayaraq, 7 nəfər turist Ramsərin Toskə sahilində təhlükəli və üzgüçülük üçün qadağan olunmuş ərazidə dənizin güclü axınına düşüb.

Nəticədə 2 nəfər xilas edilib, 5 nəfər isə boğularaq ölüb.

Boğulanlardan birinin itkin düşməsi səbəbindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, ötən gün hava şəraiti və dənizdə dalğaların hündürlüyü ilə əlaqədar Xəzər dənizinin bütün sahilboyu ərazilərində, o cümlədən sözügedən çimərlikdə üzgüçülüyə qadağa qoyulmuşdu.

13:08 - 31 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin