Müğənni Rəqsanə İsmayılova yenidən dəbdəbəli malikanəsi ilə diqqət çəkib.
Asayis.Az xəbər verir ki, sənətçi Buzovnada yerləşən geniş evini və həyətini bu dəfə işıqlarla bəzətdirib.
Rəqsanənin malikanəsinin hər tərəfi Milad zamanı istifadə edilən işıqlı çələng və dekorlarla əhatə olunub. Artıq Yeni ilə hazırlıq görən ifaçı evində böyük şam ağacı da bəzətdirib.
Xatırladaq ki, Rəqsanənin villasının görüntüləri ilk dəfə bir neçə gün əvvəl "Zaurla Günaydın" verilişində nümayiş olunub.