Ali məktəblərə İxtisas seçimi nə vaxt başlanacaq?

 Ali məktəblərə İxtisas seçimi nə vaxt başlanacaq?

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçiminin avqustun 10-dan sonra başlanacağı gözlənilir.

Asayis.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

"Adətən ixtisas seçimi imtahan nəticələri tam elan olunduqdan sonra avqustun 10-dan sonra başlayır", - o bildirib.

10:22 - 29 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin