Bu gün səhər saatlarında İsfahan şəhərinin Dəstgerd həbsxanasında Əbülfəz Sepahi Badcani və Əmir Hüseyn Səfəri Hüseynabadi adlı iki etirazçı edam edilib.
Asayis.az xəbər verir ki, bu barədə İran məhkəməsinin “Mizan” saytı məlumat yayıb.
Məlumata görə, adı çəkilən məhbuslar başqa 10 nəfərlə birlikdə yanvar ayında keçirilən etiraz aksiyaları zamanı saxlanılıblar və bu günə kimi onların 4-ü dar ağacından asılıb.
İnsan haqları təşkilatlarının yaydığı məlumata görə, etirazçıların edam ediləcəyi barədə məlumatın yayılmasından sonra ötən gecə İsfahanın Əlixani bölgəsində etiraz aksiyası keçirilib. Hökumət qüvvələrinin aksiyanı dağtmaq üçün atəş açdığı və nəticədə hələlik soyadı bilinməyən Anahita adlı gənc qadının həlak olduğu bildirilib.
