Lerikdə əməliyyat: saxlanılan var

 Lerikdə əməliyyat: saxlanılan var

Lerikdə 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

18:18 - 27 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin