Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ

 Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ

Səs yazısı yayılan Ağsu rayon Xəlilli kənd orta məktəbinin direktoru ilə bağlı qərar verilib.

Asayis.Az BAKU.WS-a istinadən xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məlumat verib.

Onun sözlərinə görə, məktəb direktoru Oqtay Şıxıyevin fəaliyyətinə xitam veriləcək:

“Direktor idarəyə çağırıldı. Onun bu məsələ barədə izahatı alındı. Yayılan səs yazısı ötən ilə aiddir. Bu il Oqtay Şıxıyevin 65 yaşı tamam olduğu və direktorlarla bağlı 1 illik bağlanan müqaviləsi bitdiyi üçün onun işinə dekabrın 31-i xitam veriləcək”.

00:28 - 30 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin