33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası olunub.

Asayis.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Geniş Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, həmçinin müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.

18:02 - 24 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin