Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video

 Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video

2026-cı ilin ilk 6 ayında ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.

Asayis.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatında deyilir.

Bildirilib ki, bu hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.

“Bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cəzalandırılır. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu cür təhlükəli hərəkətlərdən çəkindirsin, onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə söhbət etsinlər”, - məlumatda qeyd edilir.

18:24 - 23 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin