Bakıda evli kişi sevgilisi tərəfindən şantaj olunur - Polis araşdırmala başladı

 Bakıda evli kişi sevgilisi tərəfindən şantaj olunur - Polis araşdırmala başladı

Bakıda polisə müraciət edən kişi sevgilisi tərəfindən şantaj edildiyini bildirib.

Asayis.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən 43 yaşlı Mənsim Həsənov (ad və soyadlar şərtidir) qeyri-rəsmi nikah münasibətində yaşadığı Əfsun adlı qadının ondan hədə-qorxu yolu ilə pul aldığını deyib.

O bildirib ki, sevgilisi onunla münasibəti barəsində ailəsinə və digər şəxslərə bildirəcəyi və ailəsini dağıdacağı hədəsi ilə ondan pul tələb edib. Qadın sevgilisindən bu yolla Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində 700 manat pul alıb.

Müraciətlə bağlı araşdırmalar aparılır.

12:30 - 29 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin