Dövlətə borcu olan sabiq deputat məhkəməyə verildi

 Dövlətə borcu olan sabiq deputat məhkəməyə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi dövlətə vergi borcu olan “Gəncə-Dəyirman” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.

Məhkəmə işinə Gəncə Kommersiya Məhkəməsində hakim Kənan Vəliyevin sədirliyi ilə baxılacaq.

Sözügedən şirkətin dövlət büdcəsinə 57 min 508.84 manat borcu var.

Mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, “Gəncə-Dəyirman” sabiq deputat, tanınmış iş adamı  Əsabil Qasımova məxsusdur.   

18:20 - 20 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin