Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti axşama doğru tədricən mülayimləşəcək.
Bu sözləri Asayis.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, sabah gün ərzində cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 29–34 dərəcə isti olacağı gözlənilir.
