Bakıda qeyri-adi kənd yumurtası... - Foto

 Bakıda qeyri-adi kənd yumurtası... - Foto

Bakı sakini qeyri-adi hesab etdiyi kənd yumurtasının fotosunu redaksiyamıza göndərib. Fotoda yumurtanın qabığının hamar olmadığı, üzərində dalğavari və qabarıq izlərin olduğu görünür.

Qida eksperti Ağa Salamov Asayis.az-a açıqlamasında bildirib ki, yaşlı toyuqlarda deformasiyalı yumurtaların əsas səbəblərindən biri düzgün qidalanmama nəticəsində yaranan kalsium çatışmazlığıdır:

“Əgər qidasında kifayət qədər kalsium olmazsa, yumurtanın qabığı nazik, yumşaq, kövrək və ya formasını dəyişmiş ola bilər. Buna görə də toyuqların yemlərinə kalsium mənbələri əlavə edilir. Məsələn, xırdalanmış mərmər tozu və ya əhəngdaşı unu kimi kalsium karbonat tərkibli əlavələrdən istifadə olunur. Bəzi hallarda qurudulmuş və xırdalanmış yumurta qabıqları da yemə qatılır.

Lakin yumurtanın keyfiyyətli olması üçün yalnız kalsium deyil, həm də D vitamini, fosfor və digər qida maddələri lazımdır. Düzgün hazırlanmış və balanslaşdırılmış yem toyuqların sağlam qalmasına, daha keyfiyyətli və möhkəm qabıqlı yumurta verməsinə şərait yaradır”.

15:42 - 17 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin