Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı

 Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı

Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb.

Asayis.az xəbər verir ki, Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan və axtarışları davam edən 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılaraq adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.

16:48 - 16 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin