Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü

 Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü

Ucarda xəstəxanada ölüm hadisəsi baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, rayon sakini, 56 yaşlı hemodializ xəstəsi Nizami Hüseynov Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüb.

TƏBİB-dən ybildirilib ki, 1970-ci il təvəllüdlü şəxs hemodializ prosedurunun aparılması məqsədilə tibb müəssisəsinə müraciət edib:

"Pasiyentin prosedurdan əvvəl çəkisi və arterial təzyiqi ölçülüb, müvafiq prosedur qaydalarına əməl olunub. Lakin hemodializ proseduruna başlamadan pasiyent özünü narahat hiss etdiyini bildirib. Bu səbəblə Təcili tibbi yardım şöbəsindən həkim dəvət olunub.

Pasiyent müayinə edildikdən sonra reanimasiya tədbirlərinə başlanılıb. Ambu vasitəsilə süni tənəffüs, ürəyin qapalı masajı və zəruri medikamentoz reanimasiya tədbirləri həyata keçirilib. Təxminən 30 dəqiqə ərzində göstərilən intensiv reanimasiya tədbirləri tətbiq olunub. Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və iyulun 15-i saat 14:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb".

13:02 - 16 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin