Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, KİA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb.
