Ağdaş yenə qaranlığa büründü, İH "pulumuz yoxdur" deyir

 Ağdaş yenə qaranlığa büründü, İH

Ağdaş rayonunda küçə işıqlandırma sistemləri nasaz vəziyyətdədir.

Bu barədə Asayis.az-a rayon sakinləri şikayət ünvanlayıb.

Bildirilib ki, rayonun işıqlandırılmasında meydana gələn problem həm avtomobillərin hərəkətinə, həm də sakinlərin təhlükəsizliyinə ciddi çətinliklər yaradıb.

“Gecə küçəyə gəzinti üçün çıxa bilmirik, qorxuruq. Qaranlıq düşən kimi itlər çoxalır, uşaqlarımızı küçəyə buraxa bilmirik. Rayon İcra Hakimiyyəti şikayətlərimizə baxmır”, - şikayətdə bildirilib.

Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq problemin maliyyə çətinliyindən qaynaqlandığı deyilib:

“Yaranmış maliyyə və texniki səbəblərlə əlaqədar şəhərin işıqlandırılması sistemində müvəqqəti problemlər yaranıb. Sözügedən problemin qısa müddət ərzində aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür”.

Qeyd edək ki, 3 ay əvvəl küçə dirəklərinin lampaları ancaq Məhəmməd Füzuli küçəsində yanmırdı. Müvəqqəti aradan qaldırılan problem hazırda bütün şəhərdə özünü göstərir.

16:26 - 10 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin