Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında "Həkəriçay" su anbarının təməlini qoyub.
Asayis.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.
Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.
Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.
"Həkəriçay" su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.
Qeyd edək ki, "Həkəriçay" su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.
|
Tarix
2026.07.11 / 10:48
|
Müəllif
Asayis.az
|
İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub
Salman Trampla danışdı: Yaxın Şərqdə gərginlik...
Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto
Türkiyədə yol çökdü, 3 bina sakinləri təxliyə edildi - Video
Monteneqroda ağır cinayət: Bakıda DNT tədqiqatı aparıldı
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Trampdan mümkün sui-qəsdlə bağlı: İran məni öldürərsə...
Qobustanda ağır qəza: ölən var - Video
Dəhşətli təyyarə qəzası: ölənlər var - Video
16 yaşlı oğlan su kanalında batdı
Kərəm Bursin “Sea Breeze”də: Eminin hədiyyəsi... - Foto
Ukraynaya pul vermək əvəzinə, bunu edək - Babiş
Rusiya yenə Kiyevə hava zərbələri endirdi
İranda baş verən güclü yanğın söndürüldü - Video
Trampın Xameneinin dəfni ilə bağlı tələbi...
İsrail ordusu istənilən ssenariyə hazırdır - Katz
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir
Xərçəng riski ən yüksək olan 5 tip insan...
ABŞ Əli Ənsariyə sanksiya tətbiq etdi
Rusiya məğlub olur, Ermənistana qarşı... - Saakaşvili
Fransada anomal istilər: 130 nəfər suda boğuldu
Putinə yaxın insanlar da bunu dəstəkləyir - Zelenski
DÇ-2026: İspaniya da yarımfinala yüksəldi!
Hacı Kərimov Avropa çempionatının finalına yüksəldi
Arakçı Omana gedir: Hörmüz müzakirə ediləcək
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Azərbaycanlı futbolçu Albaniya klubuna transfer olundu
Ağ Ev razılaşdı, Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq

































