Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video

 Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video

İyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.

Bu barədə Asayis.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Aviasiya Dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidməti, həmçinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

21:26 - 10 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin