Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü

 Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü

Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib.

Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

12:32 - 11 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin