Böyük Britaniya “Zəngəzur”u sanksiyadan çıxardı - Foto

 Böyük Britaniya “Zəngəzur”u sanksiyadan çıxardı - Foto

Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, bu barədə Britaniya hökuməti iyulun 7-də məlumat yayıb.

Məlumatda bildirilir ki, “Zəngəzur” neft tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.

Qeyd edilib ki, sözügedən gəmi “Ukraynanın destabilizasiyasına kömək, o cümlədən bu ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etmək, Rusiya hökumətinin gəlir əldə etməsinə yardımçı olmaq kimi” ittihamlarla sanksiyalar siyahısına daxil edilmişdi.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurası qəbul etdiyi qərarla "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisinə, eləcə də ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub.

11:50 - 9 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin