İntensiv yağış yağacaq - Xəbərdarlıq

 İntensiv yağış yağacaq - Xəbərdarlıq

İyulun 11-13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bidlirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

17:36 - 10 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin