Prezident ona vəzifə verdi - Sərəncam

 Prezident ona vəzifə verdi - Sərəncam

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinə yeni sədr təyin edilib.

Asayis.Az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, bu vəzifəyə Vüqar Əliheydər oğlu Əliyev gətirilib. O, əvvəllər də AZƏRTAC-da çalışıb. 

Qeyd edək ki, AZƏRTAC-ın sabiq İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad edilib. 

 

14:41 - 28 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin