Sabah Bakının bu ərazilərində qaz olmayacaq

 Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabah Bakının Nizami rayonu və Sabunçu qəsəbəsinin bəzi küçələrində qaz kəsiləcək.

Bu barədə Asayis.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R.Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

17:46 - 9 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin