SOCAR-ın maşını "Lukoil" məntəqəsinə çırpıldı - Video

 SOCAR-ın maşını

Bu gün gecə saatlarında Bakıda dəhşətli qəza baş verib.

Asayis.az xəbər verir ki hadisə paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb.

Belə ki, gecə 4 radələrində SOCAR-a məxsus yanacaq daşıyan avtomobil minik maşını ilə toqquşaraq yaxınlıqda yerləşən "Lukoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

11:44 - 9 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin