"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlunun ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".
Bu barədə Asayis.Az Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik.