Bakıda bacı qardaşı bıçaqladı - Detallar

 Bakıda bacı qardaşı bıçaqladı - Detallar

Bakıda bacı qardaşı bıçaqlayıb.

Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə noyabrın 28-i saat 02:30 radələrində sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini, Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı 1970-ci il təvəllüdlü Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

10:45 - 28 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin