Bu gün Bakının dörd rayonunda qaz olmayacaq

 Bu gün Bakının dörd rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu, Yasamal, Binəqədi və Suraxanı rayonlarının bəzi küçə və qəsəbələrində təbii qazın verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Bu barədə Asayis.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 8-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Nardaran qəsəbəsinin, Azərbaycan qadını və Albalılıq küçələrinin, Yasamal rayonunun F. İbrahimbəyov, M. Naxçıvani, C. Cabbarlı, C. Qaryağdıoğlu və Z. Əhmədbəyov küçələrinin, Binəqədi rayonunun Xocəsən və Sulutəpə qəsəbələrinin (bir hissəsi), Suraxanı rayonunun Əmircan qəsəbəsinin, 5-ci Mədən və X.Ələkbərov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

01:06 - 8 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin