ABŞ Venesuelaya 310 milyon dollar yardım göstərdi

 ABŞ Venesuelaya 310 milyon dollar yardım göstərdi

ABŞ dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya 310 milyon dollardan çox məbləğdə yardım təqdim edib.

Asayis.az xəbər verir ki, bu barədə ABŞ-ın Venesueladakı müvəqqəti işlər vəkili Con Barret brifinqdə jurnalistlərə bildirib.

"İndiyədək ABŞ-ın humanitar yardımı 310 milyon dolları keçib. Venesuela hakimiyyəti ölkədə humanitar yardımın sürətlə paylanması ilə bağlı ABŞ-nin xahişlərini tam şəkildə yerinə yetirir", - o qeyd edib.

İyunun sonunda Dövlət Departamenti bildirib ki, ABŞ administrasiyası zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya 150 milyon dollar ayırmağı planlaşdırır.

23:58 - 7 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin