"Əpl məps"də Xankəndi "Stepanakert" göstərilir

"Əpl məps" tətbiqinin ingilis dili versiyasında Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adı ilə göstərilməsi diqqət çəkib.

Asayis.az Modern.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan ekran görüntüsündə tətbiqin Azərbaycan dilində şəhərin adı “Xankəndi” kimi əks olunsa da, ingilis dili interfeysinə keçid zamanı “Stepanakert” adından istifadə olunduğu bildirilir.

Paylaşılan görüntüdə şəhər daxilində Azərbaycan prospekti, Təbriz küçəsi, Rəsulzadə küçəsi və digər Azərbaycan toponimləri yer alır.

23:34 - 5 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin