Naxçıvanın maliyyə naziri həbs edildi - FOTO

 Naxçıvanın maliyyə naziri həbs edildi - FOTO

Naxçıvan MR-in maliyyə naziri Əliyev Rafael Rza həbs edilib.

Asayiş.az xəbər verir ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.


Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

08:35 - 28 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin